Mirzoyan ABŞ-ın Qafqaz üzrə baş müşavirini qəbul edib

img

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ABŞ-ın Qafqaz danışıqları üzrə baş müşaviri Filip Rikerü qəbul edib.

Rezonans.az
xəbər verir ki, Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, həmsöhbətlər regional təhlükəsizlik və sabitliyin bir sıra məsələlərinə toxunub, Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanmasına dair fikir mübadiləsi aparıblar.


Görüş zamanı Qarabağ problemi ilə bağlı geniş spektrli məsələlər müzakirə olunub. Qarabağ münaqişəsinin həlli prosesində ABŞ-ın rolu vurğulanıb. XİN başçısı, həmçinin Qarabağ münaqişəsinin uzunmüddətli və hərtərəfli həlli kontekstində ATƏT-in Minsk qrupunun həmsədrlik institutunun potensialından və təcrübəsindən istifadənin vacibliyini vurğulayıb.


Nazir Mirzoyan 44 günlük müharibə nəticəsində yaranmış humanitar problemlərə toxunaraq, bu kontekstdə Azərbaycanda saxlanılan erməni hərbi əsirlərin qaytarılmasının vacibliyini qeyd edib. 

Xəbəri paylaş: