İstanbulda ağır qəza - 42 nəfər yaralandı

İstanbulda ağır qəza - 42 nəfər yaralandı

Türkiyənin İstanbul şəhərində 4 metrobus toqquşub.

 

Rezonans.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

 

Avcılar ərazisində baş verən qəza nəticəsində 42 nəfər yaralanıb. Qəza səbəbindən metrobusların hərəkəti dayandırılıb.

 

Hadisənin ilkin səbəbləri barədə məlumat verilməyib. Faktla əlaqədar araşdırma aparılır.

 

Xəbəri paylaş: