Türkiyədə daha bir qəza - 27 yaralı var

img

Türkiyənin Samsun şəhərində kənd təsərrüfatı işçilərini daşıyan mikroavtobus qəzaya uğrayıb.

 

Rezonans.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

 

Qəza yerinə təcili tibbi yardım, polis işçiləri cəlb olunub. Hadisə nəticəsində 27 nəfər yaralanıb. Faktla bağlı araşdırma aparılır.

 

Qeyd edək ki, bu gün İstanbul şəhərində də qəza baş verib. Metorbusların toqquşması nəticəsində 99 nəfər yaralanıb.

Xəbəri paylaş: