Oğuzda ağır yol qəzası - Sürücü öldü

img

Oğuzda iki avtomobil toqquşub, sürücülərdən biri ölüb.

 

Rezonans.az-n məlumatına görə, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Bucaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Hərəkətdə olan "Ford Tranzit" markalı yük avtomobili ilə "VAZ-2107" markalı avtomobilin toqquşması nəticəsində "VAZ-2107"nin sürücüsü, Cəlal Rəhim oğlu Quliyev aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

 

Faktla bağlı araşdırma aparılır.

Xəbəri paylaş: