Mingəçevirdə bazarda yanğının qarşısı alındı

img

Mingəçevirdə ticarət mərkəzində baş verə biləcək böyük yanğının qarşısı çevik qaydada alındı.


Rezonans.az-ın məlumatına görə hadisə az öncə Əşya Bazarında baş verib. Bazarın köşklərindən birinin dam örtüyünün üzərində yanğın baş verib.Dərhal hadisə yerinə FHN nin yanğınsöndürmə briqadaları cəlb olunub.Yanğınsöndürənlərin çevikliyi sayəsində böyük bazarın yalnız 6 kvadratmetrlik hissəsi alovun təsirinə məruz qalıb.Alov lokallaşdırılaraq təhlükə önlənib.


Esmira Hidayətova,Mingəçevir

Xəbəri paylaş: