NATO Kosovodakı hərbçilərin sayını artırır

img

NATO-nun Kosovodakı (KFOR) hərbçilərin sayı müvəqqəti olaraq artırılacaq.

 

Rezonans.az xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidmətindən bildirilib.

 

Məlumatagörə, 27 sentyabr-2 noyabr tarixlərində ehtiyat birliklər üçün keçiriləcək təlimlə əlaqədar KFOR-un əsgərlərinin sayında artım olacaq.

 

Sentyabrın 11-də İngiltərədən gələcək hərbi hissə təlimdən əvvəl KFOR personalı ilə uyğunlaşdırma işləri aparacaq.

 

KFOR 1999-cu ildə, Kosovo-Serbiya müharibəsindən sonra, BMT Təhlükəsizlik Şurasının Kosovoda sülh və sabitliyi qorumaq üçün qəbul etdiyi qətnamə ilə yaradılıb.

Xəbəri paylaş: