Ukrayna ordusu 10 kilometr irəlilədi

img

Ukrayna Silahlı Qüvvələri cənub cəbhəsində bəzi istiqamətlərdə on kilometrlərlə irəliləyib.

 

Rezonans.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Cənub Müdafiə Qüvvələrinin mətbuat mərkəzinin rəhbəri Natalia Qumenyuk bildirib.

 

Mətbuat katibi azad edilmiş ərazilərin adlarının tezliklə açıqlanacağını qeyd edib.

 

Onun sözlərinə görə, təkcə sentyabrın 9-da Ukrayna hərbçiləri cənubda 70-dən çox işğalçını məhv edib, bundan əlavə, Nikopol rayonunu davamlı olaraq atəşə məruz qoyan 9 tank və 2 topu sıradan çıxarıb.

Xəbəri paylaş: