Əfqanıstanda helikopter qəzası - Ölənlər var

img

Əfqanıstanın paytaxtı Kabildə təlim uçuşu zamanı helikopter qəzaya uğrayıb.

 

Rezonans.az xəbər verir ki, bu barədə Əfqanıstan Müdafiə Nazirliyi məlumat yayıb.

 

ABŞ istehsalı "Black Hawk" helikopterinin qəzaya uğraması nəticəsində üç nəfər həlak olub.

 

"Amerikanın "Black Hawk" helikopteri Milli Müdafiə Universitetinin şəhərciyində texniki problem səbəbindən qəzaya uğrayıb", - deyə açıqlamada bildirilir.

Xəbəri paylaş: