BMT-dən Pakistana təcili yardım ÇAĞIRIŞI

img

BMT-nin Baş katibi Antonio Quterreş Pakistanın daşqınlardan zərər çəkmiş Sind əyalətinə səfər edib.

 

Rezonans.az xəbər verir ki, baş katib dünya ölkələri tərəfindən İslam respublikasına yardım göstərilməsinin vacibliyini vurğulayıb.

 

“Biz öz imkan və resurslarımızın məhdud olmasının fərqindəyik. Lakin qəti əmin ola bilərsiniz ki, biz Pakistan xalqı ilə tam həmrəyik”, - Quterreş deyib.

 

O, Pakistanda baş vermiş fəlakətlə əlaqədar beynəlxalq ictimaiyyəti İslamabada təcili yardım etməyə çağırıb.

Xəbəri paylaş: