Türkiyədə ağır qəza: Ölənlər var

img

Türkiyədə ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Rezonans.az xəbər verir ki, hadisə Çorum vilayətinin Osmancıq rayonunda qeydə alınıb.

 

Məlumata görə, avtomobilin idarəetməni itirib yol kənarındakı elektrik dirəyinə çırpılması nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb. Ölənlərdən birinin azyaşlı olduğu deyilir.

 

Xəstəxanaya çatdırılan digər 3 nəfərin də vəziyyətinin ağır olduğu bildirilir.

Xəbəri paylaş: