Azərbaycan kikboksçusu vida gecəsində qalib gəldi

img

Azərbaycan kikboksçusu Məhəbbət Hümbətov Zabit Səmədovun vida döyüş gecəsində qalib gəlib.

 

Rezonans.az xəbər verir ki, yarışda 70 kiloqram çəki dərəcəsində çıxış edən Azərbaycan idmançısı "Qladiator" ləqəbli İhab Lahlunu (Mərakeş) məğlub edib.

 

Digər azərbaycanlı kikboksçu Cabbar Mustafayev (67 kq) isə İrakli Cquşiaya (Gürcüstan) uduzub.

Xəbəri paylaş: