Dünya Çempionatı: 2 güləşçimiz finala döyüşünə çıxacaq

img

Bu gün Azərbaycanın daha 4 yunan-Roma güləşçisi Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında mübarizəyə start verəcək.

 

Rezonans.az-ın məlumatına görə, 63 kq çəki dərəcəsində çıxış edən Taleh Məmmədov 1/8 final mərhələsində Aleksandr Yurkyans (Latviya) / Cordan Kabonqo (Konqo) cütünün qalibi ilə üz-üzə gələcək.

 

67 kiloqramdakı Həsrət Cəfərov 1/16 finalda Dieqo Martineslə (Meksika) görüşəcək. 82 kiloqramda yarışan dünya və Avropa çempionu Rafiq Hüseynov 1/8 finalda Sultan Damen (İordaniya) / Yuya Okajima (Yaponiya) duelinin güclüsü ilə münasibətlərə aydınlıq gətirəcək.

 

Nəhayət, 97 kiloqramdakı Arif Niftullayev 1/16 final mərhələsində Daniel Qastlinin (Avstriya) müqavimətini qırmağa çalışacaq.

 

Bu gün həmçinin 55 kq-dakı Eldəniz Əzizli və 72 kq-dakı Ülvi Qənizadə final görüşlərinə çıxacaq. Onlar qızıl medal uğrunda görüşdə müvafiq olaraq Gürcüstan təmsilçisi Nuqzari Tsurtsumia ilə və Serbiya güləşçisi Ali Arsalan ilə qarşılaşacaqlar.

Xəbəri paylaş: