
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb.
Rezonans.az xəbər verir ki, D qrupunda mübarizə aparan Eldar Yusubovun baş məşqçisi olduğu yığma səfərdə Avstriyanın qonağı olub.
Yığmamız seçmə mərhələnin son matçında ev sahiblərinə 3:1 (25:14, 25:20, 23:25, 25:15) hesabı ilə qalib gəlib.
Beləliklə, bu matçdan sonra millimiz aktivindəki xalların sayını 12-yə çatdıraraq qrup ikincisi kimi Avro-2023-ün final mərhələsinə yüksəlib.