Parlament daha bir qanuna dəyişiklik edəcək

img

Milli Məclisin Elm və təhsil komitəsi 2022-ci il yaz sessiyasının ilk komitə iclasına toplaşacaq.

 

Rezonans.az xəbər verir ki, sentyabrın 15-də keçiriləcək iclasın gündəliyinə aşağıdakı məsələlər daxildir:

 

1. Milli Məclisin Elm və təhsil komitəsinin 2022-ci ilin payız sessiyası üçün iş planının müzakirəsi.

 

2. Azərbaycan Respublikası Milli Məclisinin 2022-ci il  yaz və növbədənkənar sessiyaları ərzində Elm və təhsil komitəsində görülmüş işlərin hesabatı.

 

3. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

Xəbəri paylaş: