İlk komitə iclasının gündəliyi - SİYAHI

img

Sentyabrın 15-də Milli Məclisinin Aqrar siyasət komitəsinin iclası keçiriləcək.

 

Rezonans.az xəbər verir ki, komitənin iclasının gündəliyinə aşağıdakı məsələlər daxil edilib:

 

1.2022-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə Milli Məclisin Aqrar siyasət komitəsində görülən işlər barədə hesabat.

 

2. Komitənin 2022-ci il payız sessiyası üçün iş planının layihəsi. 

 

3. “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.

 

4. “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Latviya Respublikasının Qida və Baytarlıq Xidməti arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə” Azərbaycan Respublikası qanununun layihəsi.

 

5. “Dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsinin qaydaları haqqında Əsasnamə”nin təsdiq edilməsi haqqında”, “Maliyyə-sənaye qrupları haqqında” və “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

 

6. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

 

7. “Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

 

8. “Seleksiya nailiyyətləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

 

9. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

Xəbəri paylaş: