Güləşçilərimiz dünya çempionatında 5 medal qazanıb

img

Özbəkistanın Nəmənqan şəhərində sərbəst və klassik üslubda kəmər güləşi üzrə dünya çempionatı keçirilib.

 

Rezonans.az xəbər verir ki, yarışda Azərbaycan Milli İdman Növləri Assosiasiyasının idmançılar da iştirak ediblər.

 

Camal Feyziyev (+100 kq) həm klassik, həm də sərbəst üslubda bürünc medal qazanıb. Bundan başqa, klassik üslubda Gözəl Zutova (76 kq), sərbəst üslubda isə Ariz Hüseynov (62 kq) və Səbinə Həmzalova (52 kq) da bürünc mükafata layiq görülüblər.

Xəbəri paylaş: