Goranboyda "Niva" dərəyə aşdı

img

Sentyabrın 12-də saat 22 radələrində Goranboy rayonunun Todan kəndi ərazisində rayon sakini E.Məmmədov idarə etdiyi “Niva” markalı avtomobili dərəyə aşırıb.

 

Daxili İşlər Nazirliyindən (DİN) Rezonans.az-a verilən məlumata görə, nəticədə sərnişini İsə Rəhimov hadisə yerində ölüb, sürücü isə xəsarətlə xəstəxanaya yerləşdirilib. 

 

Rəsmi məlumata görə, hadisə ilə bağlı araşdırma aparılır.

Xəbəri paylaş: