“KİA” və “BMW” toqquşdu - Ölən var

img

Sentyabrın 12-də saat 8 radələrində Balakən rayonunun Katex kəndi ərazisində rayon sakini İ.Taralovun idarə etdiyi “KİA” və Zaqatala şəhər sakini Cavid Bayramovun idarə etdiyi “BMW” markalı avtomobillər toqquşub.

 

Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) Rezonans.az-a verilən məlumatda bildirilib.

 

Nəticədə İ.Taralovun sərnişini Pərviz Baradov hadisə yerində ölüb.

 

Hazırda Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır. 

Xəbəri paylaş: