
Qazaxıstan prezidenti Kasım-Jomort Tokayev Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadəni qəbul edib.
Rezonans.az-ın xəbərinə görə, görüş zamanı qeyd edilib ki, beynəlxalq cəmiyyəti birləşdirməyin yeganə yolu konfessialararası dialoqdan keçir. Qazaxıstan prezidenti deyib ki, dünya və ənənəvi din liderlərinin Qurultayının nəticələri qlobal çağırışları ümumi birliyə və millətlərarası həmrəyliyə, sülhə və sabitliyə töhfə olacaqdır.
Kasım-Jomart Tolkayev eyni zamanda, qardaş Azərbaycan və Qazaxıstan xalqları arasındakı dostluğun möhkəmləndirilməsindən və əməkdaşlığından danışıb.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə də öz növnəsində Kasım-Jomart Tokayevin Bakıya rəsmi səfərinin müsbət nəticələrindən danışaraq, Azərbaycan və Qazaxıstan arasında dini və sivilizasiyaların verdiyi töhfənin əhəmiyyətini qeyd edib.