"Nant" "Qarabağ"la oyun üçün Bakıya gəldi

img

Fransanın "Nant" komandası "Qarabağ" komandasına qarşı keçirəcəyi UEFA Avropa Liqasının qrup mərhələsinin II tur oyunu üçün Bakıya gəlib.

 

Rezonans.az-ın məlumatına görə, rəqib kollektiv ötən gün axşam saatlarında Azərbaycana çatıb.

 

Bu gün saat 17:15-də Liqa 1 təmsilçisinin baş məşqçisi Antuan Kombuarenin mətbuat konfransı, saat 18:00-da isə komandanın media üçün açıq məşqi olacaq.

 

Qeyd edək ki, sentyabrın 15-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:45-də başlayacaq.

 

Xəbəri paylaş: