Paşinyanın impiçmenti tələbi ilə aksiyalar başladı

img

Ermənistanın paytaxtı İrəvanda Baş nazir Nikol Paşinyana qarşı impiçment prosedurunun başladılması tələbə ilə aksiyalara start verilib.

 

Rezonans.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.  

 

44 günlük müharibədə ölən hərbçilərin yaxınları və digər ölkə vətəndaşları parlament binası qarşısında toplaşıblar. Onlar Paşinyanın istefasını tələb ediblər.  

 

Parlament binasının girişinə çox sayda polis əməkdaşı cəlb olunub.

 

Qeyd edək ki, Paşinyanın dünən parlamentdəki çıxışından sonra Ermənistanda kütləvi aksiyalar başlayıb. 

 



Xəbəri paylaş: