KTMT-nin saytı sındırıldı

img

KTMT-nin saytı sındırılıb və DDoS hücumuna məruz qalıb.

 

Rezonans.az xəbər verir ki, bu barədə Təşkilatın katibliyinin mətbuat xidməti məlumat yayıb.

 

"Sentyabrın 13-də saat 23:00 radələrində KTMT-nin www.odkb-csto.org rəsmi saytı DDoS hücumuna məruz qalıb", - məlumatda deyilir.

 

Qeyd olunur ki, resursun fəaliyyəti pozulub, bəzi məlumat xarakterli mesajlara icazəsiz dəyişiklik etmək cəhdləri qeydə alınıb, 14 sentyabr 2022-ci il saat 07:00-dək giriş mümkün olmayıb.

 

Hazırda sayt qismən bərpa edilib, icazəsiz müdaxilənin lokallaşdırılması və zədələnmiş və ya itirilmiş məlumatların bərpası üçün tədbirlər görülür.

Xəbəri paylaş: