Azərbaycan 100-ə qədər hərbçinin cəsədini Ermənistana verməyə hazırdı - RƏSMİ

img

Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Ermənistan-Azərbaycan sərhəddindəki insidentlə bağlı məlumat yayıb.


Rezonans.az xəbər verir ki, Dövlət Komissiyasının məlumatında deyilir:


“Azərbaycan Respublikası beynəlxalq humanitar hüquqa və humanizm dəyərlərinə sadiqliyini nümayiş etdirərək Ermənistanı atəşkəsə çağırır və cari ilin 12-13 sentyabr tarixlərində ölkəmizin ərazi bütövlüyünə qarşı təxribatın qarşısının alınması nəticəsində həlak olmuş 100-ə qədər Ermənistan hərbçisinin cəsədini birtərəfli qaydada qarşı tərəfə təhvil verməyə hazır olduğunu bildirir. Bununla əlaqədar Beynəlxalq Qızıl Xaç Komitəsi də məlumatlandırılıb”.

Xəbəri paylaş: