
“Ermənistan və Azərbaycan sərhədində hazırda gərginliyin artmasına baxmayaraq, sülh müqaviləsinə hazırlıq üzrə işlər dayanmayıb. Bu məsələ üzərində işləyirik".
Rezonans.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.
Onun sözlərinə görə, sözügedən məsələ əsas prioritetlərdən biridir:
"Burada əsəs məsələ tərəflərin üçtərəfli bəyanatların müddəalarını həyata keçirməsidir. Bu da münaqişənin həlli üçün əsas olaraq qalır".