Türkiyə səfirliyi: Şəhidləri ehtiramla yad edirik

img

Türkiyənin Azərbaycandakı səfirliyi Bakının işğaldan azad edilməsinin 104-cü ildönümü münasibətilə paylaşım edib.

 

Rezonans.az xəbər verir ki, bu barədə səfirliyin tviter səhifəsində qeyd olunub.

 

“Qafqaz İslam Ordusunun Azərbaycana gəlişi və Bakının işğaldan azad edilməsinin 104-cü ili mübarək olsun! Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa və 1132 şəhid olmaqla onunla birlikdə döyüşən Azərbaycan Ordusunun şəhidlərini hörmət və ehtiramla yad edirik”, - paylaşımda deyilir.

 

Xəbəri paylaş: