ATƏT PA Ermənistan və Azərbaycanı atəşi dayandırmağa çağırıb

img

ATƏT Parlament Assambleyasının (PA) vitse-prezidenti, Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Pere Xuan Pons Ermənistan-Azərbaycan sərhədində dərhal və davamlı atəşkəsin elan edilməsi ilə bağlı beynəlxalq çağırışlara qoşulub.

 

Rezonans.az bu barədə ATƏT PA-nın Mətbuat Xidmətinə istinadən xəbər verir.

 

“Asambleya Ermənistan və Azərbaycan sərhəddində baş verən silahlı toqquşmaları böyük narahatlıqla izləyir. Döyüşlər dayandırılmalı və hər iki ölkə hərtərəfli sülh müqaviləsi bağlamaq üçün konstruktiv danışıqlar yoluna qayıtmalıdır”, - o bildirib.

 

ATƏT Parlament Assambleyasının vitse-prezidenti davam edən toqquşmaların son iki ildə əldə edilən irəliləyişlərə xələl gətirməklə yanaşı, həm də insan itkisinə səbəb olduğunu vurğulayıb.

Xəbəri paylaş: