Son döyüşdə ələ keçirdiyimiz hərbi qənimətlərin SİYAHISI

Son döyüşdə ələ keçirdiyimiz hərbi qənimətlərin SİYAHISI

Ermənistanın təxribat törətdiyi istiqamətdə Hava Hücumundan Müdafiə (HHM) sistemi çökdürülüb.

 

Rezonans.az xəbər verir ki, qarşı tərəfə məxsus 1 ədəd radioelektron mübarizə (REM) vasitəsi JİTEL, 20-dək ədəd top və haubitsa, 10-dan çox minaatan və 6-sı sursatla dolu olmaqla ümumilikdə 32 ədəd avtomobil texnikası sıradan çıxarılıb.

Bundan başqa, Ermənistan silahlı qüvvələrinin bölmələrinə məxsus 1-i sursatla dolu olmaqla 3 ədəd KAMAZ, 1 ədəd URAL və 1 ədəd UAZ-3962 markalı avtomobil və 3 ədəd mühəndis texnikası, 3 ədəd minaatan, 1 ədəd “İqla-S” daşınan zenit-raket kompleksi, 135 ədəd müxtəlif avtomat, pulemyot, qumbaraatan, 20 qutu əl qumbarası, 2 ədəd optik cihaz, 2 ədəd rabitə vasitəsi və 14500-dən çox döyüş sursatı qənimət olaraq ələ keçirilib.

Xəbəri paylaş: