Bu il narkotikə görə tutulanların 60-ı əcnəbidir

img

Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 5412 nəfər cəlb edilmişdir. Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 60 nəfəri xarici ölkə vətəndaşıdır.

 

Rezonans.az xəbər verir ki, barədə Azərbaycan Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının hesabatında bildirilib.

 

Məsuliyyətə cəlb edilmiş 60 xarici ölkə vətəndaşından 27-si İran İslam Respublikası, 13-ü Rusiya, 8-i Türkiyə, 7-si Gürcüstan, 1-i Türkmənistan,1-i Qazaxıstan, 1-i Pakistan, 1-i Ukrayna, və 1-i Maldiv vətəndaşı olmuşdur. Xarici ölkə vətəndaşlarından ümumilikdə 986 kq 995,565 qr və 4178 həb müxtəlif növ narkotik vasitə və psixotrop maddələr, habelə 16759 ədəd  narkotik tərkibli  çətənə bitkisi götürülmüşdür.

 

Hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 182 fakt aşkar edilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 2 ton 006 kq 186,182 qr və 7952 ədəd kapsul və 2208 ədəd həb müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr  çıxarılmışdır.

 

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə 530,163 hektar sahədən çəkisi 159 ton 892 kq olan 336284 ədəd yabanı halda bitmiş narkotik tərkibli bitkilər müəyyən olunaraq müvafiq qaydada məhv edilmişdir.

Xəbəri paylaş: