Azərbaycan diasporu Rusiya rəhbərliyinə müraciət edib

img

Arxangelsk və Kursdakı Azərbaycan diasporu Rusiya rəhbərliyini təcavüzkar Ermənistana təzyiq göstərməyə çağırıb.

 

Bu barədə Rezonans.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

 

Bildirilib ki, Arxangelsk vilayətində yaşayan Azərbaycan icması ölkəmizin dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribatla əlaqədar Rusiya rəsmilərinə müraciət edib.

 

“Arxangelsk vilayətinin Azərbaycan diasporu" regional ictimai təşkilatının sədri Tərlan Qasımovun imzası ilə Rusiya Prezidenti Vladimir Putinə, Dövlət Dumasının sədri Vyaçeslav Volodin, xarici işlər naziri Sergey Lavrova ünvanlanan müraciətdə 12 sentyabr 2022-ci il tarixində gecədən başlayan hərbi təxribat barədə ətraflı məlumat verilib.

 

Baş vermiş təxribat, qarşıdurma və itkilərə görə bütün məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyü, Azərbaycan icmasının yaranmış duruma görə dərin narahatlıq hissi keçirdiyi, beynəlxalq hüquq normalarına məhəl qoymayan Ermənistanın Cənubi Qafqaz bölgəsində normallaşma və sülh prosesinə hər vəchlə mane olmağa çalışdığı nəzərə çatdırılıb.

 

Soydaşlarımız Rusiya rəsmilərini və dünya birliyini Ermənistanın təcavüzkarlıq siyasətinə, revanşizm ideyalarına birdəfəlik son qoyulması və sülhə sövq edilməsi istiqamətində səylərini artırmağa və əməli addımlar atmağa çağırıb.

 

Kursk vilayətində yaşayan Azərbaycan icması isə ölkəmizin dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribatla əlaqədar Rusiya rəsmilərinə müraciət

Kursk vilayətinin Kursk şəhər azərbaycanlılarının yerli milli-mədəni muxtariyyəti” ictimai təşkilatının sədri Qasım Kərimovun imzası ilə Kreml administrasiyasının rəhbəri Anton Vayno, Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin və xarici işlər naziri Sergey Lavrova ünvanlanan müraciətdə baş vermiş hərbi təxribatdan narahatlıq ifadə edilib.

 

Erməni tərəfinin silahlı təxribatı Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanmasını pozmaq məqsədilə həyata keçirdiyi nəzərə çatdırılıb.

 

Azərbaycanın cavab tədbirlərinin isə sərhədlərinin toxunulmazlığını, hərbi qulluqçuların, Qarabağ iqtisadi rayonundakı mülki infrastruktur işlərinə cəlb olunmuş mülki şəxslərin təhlükəsizliyini təmin etmək və Ermənistanın təxribatlarına son qoymaq məqsədi daşıdığı vurğulanıb.

 

Soydaşlarımız Rusiya rəhbərliyini Ermənistanın təcavüzkar siyasətinin qarşısının alınması üçün rəsmi İrəvana təzyiqləri gücləndirməyə çağırıblar.

edib.


Xəbəri paylaş: