Rusiyanın itkiləri - Ölən hərbçilərin sayı 54 mini ötdü

img

Son sutka ərzində Ukraynada Rusiya ordusunun 200 hərbçisi məhv edilib.

 

Rezonans.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

 

Bununla da müharibə başlayandan bəri Rusiyanın canlı qüvvə itkilərinin sayı 54 050-yə çatıb.

 

Rusiyanın digər döyüş itkiləri 2199 tank, 4690 zirehli döyüş maşını, 1302 artilleriya sistemi, 312 reaktiv yaylım atəşi sistemi, 168 hava hücumundan müdafiə sistemi, 250 təyyarə, 216 helikopter, 908 PUA, 233 qanadlı raket, 15 gəmi, 3550 avtomobil texnikası və avtosistern, 121 xüsusi texnikadan ibarətdir.

 

Qeyd edək ki, Rusiya bu ilin fevralın 24-də Ukraynaya qarşı hərbi əməliyyatlara başlayıb.

Xəbəri paylaş: