Müharibənin diplomatiya yolu ilə bitməsinə çalışırıq

img

“Bu gün bəzi ölkələr təcrid olunmağa üstünlük verirlər. Halbuki indi daha çox həmrəy olmalıyıq”.

 

Rezonans.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 16-da Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitində çıxışı zamanı deyib.

 

"Beynəlxalq sistemdə islahatların aparılmasına ehtiyac var. Regionda və dünyada sabitlik üçün çalışırıq. Məqsədimiz regionda və dünyada sülhü təmin etməkdir. Ukraynadakı müharibənin diplomatiya yolu ilə başa çatması üçün çalışırıq. Ukrayna taxılının Afrikadakı qardaşlarımız başda olmaqla ən çox ehtiyacı olanlara çatdırılmasına çalışırıq”, - deyə Ərdoğan qeyd edib.

Xəbəri paylaş: