Türkiyədə zəlzələ olub

img

Türkiyənin Ərzurum şəhərində 4,9 bal gücündə zəlzələ olub.

 

Rezonans.az xəbər verir ki, bu barədə Türkiyə Respublikası Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyi (AFAD) məlumat yayıb.

 

Zəlzələ yerli vaxtla saat 23:30-da qeydə alınıb. Məlumata görə, yeraltı təkanlar Bingöl və ətraf vilayətlərdə də hiss olunub.

Xəbəri paylaş: