Serbiya Azərbaycandan elektrik enerjisi alacaq

img

Serbiya Azərbaycandan elektrik enerjisi idxal etməyi nəzərdə tutur.

 

Rezonans.az xəbər verir ki, bunu Serbiyanın Baş nazirinin müavini – energetika və mədənçilik sənayesi naziri Zorana Mixayloviç deyib.

 

Nazir bildirib ki, Serbiyanın “Elektroprivreda Srbije” (EPS) dövlət enerji şirkəti Azərbaycandan 2600 meqavat/saat elektrik enerjisinin alınması ilə bağlı razılığa gəlib.

 

Z.Mixayloviç hazırda rəsmi Belqradın həmin elektrik enerjisinin nəqli üçün Türkiyə ilə danışıqlar apardığını qeyd edib.

Xəbəri paylaş: