
Yaponiyaya güclü tayfun yaxınlaşır.
Rezonans.az xəbər verir ki, bu barədə ölkənin hava bürosu məlumat yayıb.
Bildirilib ki, Yaponiyada güclü tayfun olacaq. Tayfunun bir neçə saat sonra Kyuşu adasına çatacağı ilə bağlı xəbərdarlıq edilib.
Dalğaların hündürlüyünün artacağı və buna görə də xüsusi xəbərdarlıq ediləcəyi diqqətə çatdırılıb.