
Cinsi azlıqlar Serbiyanın paytaxtı Belqradı bir-birinə qatıb.
Rezonans.az xəbər verir ki, icazəsiz keçirilən gey-parad toqquşmalara səbəb olub. Belə ki, cinsi azlıqlarla onların əleyhdarları üz-üzə gəliblər.
Cinsi azlıq əleyhdarları onları ölkələrində görmək istəmədiklərini bildiriblər. Nəticədə tərəflər arasında əlbəyaxa dava olub. İnsident zamanı onlarla insanın yaralandığı deyilir.
Əraziyə cəlb olunan polis əməkdaşları kütləvi davanın qarşısını ala biliblər.