
Qırğızıstan Tacikistanla sərhəddə baş verən qarşıdurmada ölənlərin yeni sayını açıqlayıb.
Rezonans.az xəbər verir ki, Batken vilayətində qurbanların sayı 24-dən 37-yə yüksəlib.
Ölkənin Səhiyyə Nazirliyindən verilən məlumatda 129 nəfərin yaralandığı bildirilir.
Qeyd olunur ki, onlardan 7 nəfərinin ambulator müalicəyə göndərildiyi vurğulanıb.