
Pakistanda davam edən güclü yağışlar nəticəsində 552 uşaq ölüb.
Rezonans.az xəbər verir ki, ümumilikdə təbii fəlakət nəticəsində 315-i qadın olmaqla 1545 nəfər həyatını itirib, 12 min 850 nəfər isə yaralanıb.
Güclü yağışlar zamanı 1 milyon 921 min 622 evə ziyan dəyib, onlardan 765 min 162-si tamamilə dağılıb.
Bundan əlavə, 12 min 735 kilometr yol zədələnib, 375 körpü dağılıb, 935 mindən çox ev heyvanı tələf olub.