
"Ukrayna münaqişəyə son qoymaq üçün şərtləri müəyyənləşdirməlidir".
Rezonans.az xəbər verir ki, bunu Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Jozep Borrell deyib.
Borrellin fikrincə, Ukraynada hərbi əməliyyatlar “uzun müddət davam edə bilər”.
Bundan əlavə, Avropa diplomatiyasının rəhbəri Avropa İttifaqı ölkələrini Kiyevə “dəstəyi artırmağa” və “onun hərbi və iqtisadi ehtiyaclarını ödəməyə” çağırıb.