İrəvanda ABŞ bayraqları ilə Rusiyaya qarşı etirazlar başladı

img

Ermənistanın paytaxtı İrəvanda Amerika bayraqları ilə Rusiya əleyhinə aksiya başlayıb.


Rezonans.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

 

Rusiya əleyhinə şüarlar səsləndirən aksiya iştirakçıları Ermənistanın KTMT-dən çıxmasını tələb edirlər. 


Xatırladaq ki, Ermənistan Azərbaycanla sərhəddə baş verən son hadisələrlə əlaqədar KTMT-yə müraciət etsə də, istədiyi cavabı almamışdı.

 

Qeyd edək ki, hazırda təşkilatın sədri Ermənistanın baş naziri Nikol Paşinyandır.

Xəbəri paylaş: