Azərbaycanın böyük dövlətlər arasında qazandığı rəğbət və dəyər bir çoxlarının ürəyincə deyil

img

Biz hamımız Azərbaycanın tarix boyu, xain və ikiüzlü dövlətlərlə mübarizə apardığını bilirik.


Keçmişə nəzər salsaq, Ermənistanın bizə qarşı davamlı təxribatları, ərazi iddiaları, dəfələrlə vəhşicəsinə törədilmiş cinayətləri ilə qarşılaşırıq. Çox təəssüf ki, illər keçsə də, bu gedişat dəyişilməz olaraq qalıb. Buna baxmayaraq,  indi dəyişən bir reallıq var - Azərbaycan əvvəlki kimi zəif deyil. Artıq biz dünyaya öz sözünü demiş, müstəqil, inkişaf etmiş və Avropaya sürətlə inteqrasiya edən bir dövlətik. 44 gün sürən 2-ci Qarabağ savaşı da bunun ən bariz və göz önündə olan nümunələrindən biridir. Bu savaşda Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun qəhrəmanlığı dillər əzbəri olmuşdur. 


Təbiidir ki, Azərbaycanın böyük dövlətlər arasında qazandığı rəğbət və dəyər bir çoxlarının ürəyincə deyil. Buna paxıllıq etməklə bərabər, bir çoxlarının Ermənistana mənəvi dəstək olmaqla özlərini dırnaqarası sülh mələyi kimi təqdim etmələri çox gülünc görünür. Fikrimcə, dünən Livanda, bu gün Fransada ermənilərin Azərbaycan səfirliyinə hücumu onu göstərir ki, ermənilər hər şeyi itirdiklərini anladıqları üçün artıq öz əsl üzlərini göstərməkdən çəkinmirlər. 


Təəssüf doğuran məqamlardan biri də xarici ölkələrdəki diplomatik nümayəndəliklərimizin binalarına edilən hücumların baş verməməsi üçün təxribatların qarşısının alınmasına  cavabdeh olan qurumların məsuliyyətsizliyidir. “Diplomatik əlaqələr haqqında” 1961-ci il Vyana Konvensiyasına uyğun olaraq, diplomatik nümayəndəliyi hər cür hücumdan qorumaq və nümayəndəliyin sakitliyinin pozulmasının və ya şərəfinin təhqir olunmasının qarşısını almaq üçün lazımi tədbirlər görmək yerləşmə dövlətinin xüsusi vəzifəsidir. 


Səfirliklərimizə edilən bu hücumlar dərindən araşdırılmalı, təxribatçılar və bu işin təşkilatçıları kəskin surətdə cəzalandırılmalıdır. İnanıram ki, baş verən hadisələr dünya ictimaiyyətinə birmənalı olaraq ermənilərin nə qədər vəhşi və idarəedilməz olduğunu bir daha sübut edəcək.


Kamal Laçınov

Xəbəri paylaş: