Dövlət Baxçalı: Namizədimiz Ərdoğandır

img

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı 2023-cü ildə keçirilməsi gözlənilən prezident seçkilərində hazırki dövlət başçısı Rəcəb Tayyib Ərdoğanı dəstəkləyəcəyini bildirib. 

 

Rezonans.az xəbər verir ki, bu barədə o, Kayseri şəhərində keçirilən mitinqdə danışıb.

 

“Namizədimiz bəlli, qərarımız bəlli. Prezidentliyə namizədimiz hörmətli Rəcəb Tayyib Ərdoğandır", - MHP lideri deyib.

 

Qeyd edək ki, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) prezident Rəcəb Tayyib Ərdoğanın 2023-cü ildə yenidən namizəd olacağını elan edib.

Xəbəri paylaş: