Üç piyadanı maşın vurub öldürdü

img

Sentyabrın 16-18-də ölkə ərazisində 3 piyada ölümü qeydə alınıb.

 

Daxili İşlər Nazirliyindən (DİN) Rezonans.az-a verilən məlumata görə, hadisələrdən ilki sentyabrın 16-da saat 20 radələrində Şəmkir rayonunun Sabirkənd kəndi ərazisində qeydə alınıb.

 

Belə ki, kənd sakini İ.Xəlilov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən həmkəndlisi Ruslan Əsgərovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada sentyabrın 17-də orada ölüb.

 

Digər hadisə sentyabrın 18-də saat 9 radələrində Gədəbəy rayonunun Yenikənd kəndi ərazisində baş verib. Rayon sakini A.Əsgərov idarə etdiyi “VAZ-21214” markalı avtomobillə yolun kənarı ilə atla hərəkən edən Qumlu kənd sakini Elgün Abbasovu vurub və nəticədə E.Abbasov hadisə yerində ölüb.
 


Analoji hal elə həmin gün saat 13 radələrində Qəbələ şəhəri ərazisində qeydə alınıb. Belə ki, şəhər sakini Ə.Zeynallı idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən həmyerlisi Telli Eyvazovanı vurub və nəticədə piyada hadisə yerində ölüb.

 

Hər üç faktla bağlı araşdırma aparılır.

Xəbəri paylaş: