50 yaşlı qadın əri tərəfindən bıçaqlandı

img

Kürdəmirin Ərşəli kəndində qadın bıçaqlanıb.

 

Rezonans.az "Report"a istinadən xəbər verir ki , 1972-ci il təvəllüdlü Bayramova Zinət Dostumalı qızı bir neçə bıçaq xəsarəti alıb.

 

Yaralı təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və əməliyyat olunub.

 

Hadisəni törətməkdə şübhəli bilinən Z.Bayramovanın əri Hacıbala Bayramov polis əməkdaşları tərəfindən saxlanılıb.

 

Faktla bağlı araşdırma aparılır.

Xəbəri paylaş: