Düşənbə və Bişkek razılığa gəldi

img

Tacikistan və Qırğızıstan arasında sərhəddə yaşanan münaqişənin aradan qaldırılması ilə bağlı danışıqlar aparılıb.

 

Rezonans.az xəbər verir ki, sərhəddə atəşkəs rejiminə riayət olunmasına nəzarət üzrə birgə komissiyanın işçi qruplarının iclası keçirilib. 

 

"Tacikistan və Qırğızıstan işçi qrupları hərəkət üçün yolların açılması və nəqliyyatın bərpasını təmin etmək barədə razılığa gəliblər. Artıq Vorux kəndinə gedən yol açılıb", - rəsmi məlumatda deyilir.

 

Qeyd olunub ki, hər iki tərəfdən atəşkəs razılaşmasına riayət edilməsi mütləqdir:

 

"Sentyabrın 18-də “Güliston” buraxılış məntəqəsində işçi qrupların növbəti iclası keçirilib və tərəflər mövcud məsələlərin danışıqlar yolu ilə həll edilməli olduğunu vurğulayıblar. Eyni zamanda, atəşkəs rejiminə riayət edilməsinin və sərhəd münaqişələrinin nəticələrinin tezliklə aradan qaldırılmasının vacibliyi qeyd edilib".

 

Xatırladaq ki, ötən həftə Tacikistan-Qırğızıstan sərhədindəki toqquşma nəticəsində hər iki tərəfdən itkilər olub.

Xəbəri paylaş: