Avropalılar qışdan çıxmaq üçün Türkiyəyə axışacaq

img

Enerji böhranı ilə üzləşən avropalılar qış üçün Türkiyə otellərini bron etməyə başlayıblar.


Rezonans.az
-ın məlumatına görə, A Haber telekanalının bazar ertəsi verdiyi xəbərə görə, Türkiyə otellərində noyabr ayı üçün rezervasiyalar keçən illə müqayisədə 1,5 dəfə artıb.


Ukraynada xüsusi hərbi əməliyyata başlayandan sonra Qərb Rusiyaya qarşı sanksiya təzyiqlərini artırıb və bu, Avropa və ABŞ-da elektrik enerjisi, yanacaq və ərzaq qiymətlərinin artmasına səbəb olub.


Qeyd edilir ki, 10 dəfədən çox bahalaşmanı və “qaz böhranı” nəzərə alan avropalılar qışı keçirmək üçün Türkiyənin otellərinə axışacaq. Artıq noyabr ayı üçün sifarişlər 50 faiz artıb.
 

Anadolu Tur Operatorları Birliyinin idarə heyətinin üzvü Ferhan Ademhan Türkiyənin kurort bölgələrində məşğulluğun cari istəklərə uyğun olaraq artacağını bildirib.

“Biz düşünürük ki, işsizliyin azalması ilə vətəndaşlarımızın rifah halı daha da yüksələcək”, - deyə Ademhan bildirib.

Xəbəri paylaş: