Rusiyanın canlı qüvvə itkisi 55 minə ÇATIR

img

Son sutka ərzində Ukraynada Rusiya ordusunun 160 hərbçisi məhv edilib.

 

Rezonans.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

 

Müharibə başlayandan bəri Rusiyanın Ukraynada canlı qüvvə itkilərinin sayı 54 min 810-a çatıb.

 

Məlumata görə, Rusiyanın digər döyüş itkiləri 2216 tank, 4724 zirehli döyüş maşını, 1323 artilleriya sistemi, 318 reaktiv yaylım atəşi sistemi, 168 hava hücumundan müdafiə sistemi, 252 təyyarə, 217 helikopter, 925 PUA, 239 qanadlı raket, 15 gəmi, 3587 avtomobil texnikası və avtosistern, 125 xüsusi texnikadan ibarətdir.

 

Xatırladaq ki, Rusiya bu ilin fevralın 24-də Ukraynaya qarşı hərbi əməliyyatlara başlayıb.

Xəbəri paylaş: