Polis ölən əsgərlərin yaxınlarına zor tətbiq etdi

img

Ermənistanda müharibədə ölən hərbçilərin yaxınları İrəvandakı “Yerablur” hərbi panteonunun ərazisində aksiya keçirməyə cəhd göstəriblər, amma polis onları zorla oradan çıxarıb.

Rezonans.az xəbər verir ki, bu barədə məlumatı “Sputnik Ermənistan” yayıb.
 

Məlumata görə, ötən axşam ölən hərbçilərin yaxınları baş nazir Nikol Paşinyanın Müstəqillik günü ilə əlaqədar “Yerablur”a gəlişinə mane olmaq üçün bütün gecəni panteonda keçirmək niyyətində  olduqlarını bildiriblər.


Valideynlərin qəzəbinə baş nazirin kinli və yersiz hesab etdikləri bəzi açıqlamaları səbəb olub.


Sentyabrın 21-də Ermənistanda Müstəqillik günü qeyd olunur.
 


Xəbəri paylaş: