“Sosial şəbəkə cəngəllik qanunları ilə idarə olunur” - Deputat

“Sosial şəbəkə cəngəllik qanunları ilə idarə olunur” - Deputat

Deputat Elman Nəsirov “Sosial şəbəkələr haqqında” qanun layihəsinin hazırlanmasını təklif edib.

 

Rezonans.az xəbər verir ki, bu təkliflə E.Nəsirov Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında çıxış edib.

 

O qeyd edib ki, sosial şəbəkədə insanları təhqir edib böhtan atırlar:

 

“Bu da onu deməyə əsas verir ki, sosial şəbəkə cəngəllik qanunları ilə idarə olunur, insanlar təhqir olunur, böhtan atılır. Bütün bunları nəzərə alaraq “Sosial şəbəkələr haqqında” qanun layihəsinin hazırlanmasına başlamalıyıq”.

Xəbəri paylaş: