Milli Məclisin deputatı ATƏT PA-nın seminarında iştirak edəcək

img

Milli Məclisin ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri, Azay Quliyev sentyabrın 22-də Finlandiya Respublikasının Helsinki şəhərinə səfər edəcək.


Rezonans.az xəbər verir ki, Deputatımız burada ATƏT PA-nın Helsinki+50 təşəbbüsü çərçivəsində “Dəyişən Avropa təhlükəsizlik arxitekturasında ATƏT və ATƏT PA-nın rolu” mövzusunda keçirilən seminarında iştirak edəcək.


Səfər sentyabrın 24-də başa çatacaq.

Xəbəri paylaş: