Zaporojyedə güclü partlayış olub

img

Ukraynanın Zaporojye vilayətinin Melitopol şəhərində güclü partlayış olub.

 

Rezonans.az xəbər verir ki, bu barədə şəhərin meri İvan Fedorov bildirib.

 

Mer qeyd edib ki, bu gün səhər saatlarında baş vermiş partlayış şəhərin mərkəzində hiss olunub. 

 

Xatırladaq ki, bu gündən etibarən Ukraynanın işğal altında olan Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərinin Rusiyaya birləşdirilməsi ilə bağlı referendum keçiriləcək.

Xəbəri paylaş: